Sionist İsrail ordusunda Benyamin Netanyahuya qarşı tənqidlər artır.
Az.rasthaber.com xəbər verir ki, yerli media bir qrup pilot və ehtiyatda olan hərbçinin yazdığı məktubun İsrail Hərbi Hava Qüvvələrində “böhran”a səbəb olduğunu yazıb.
Mətbuata sızan məktubda qatil Netanyahu hökuməti tənqid edilib və İsrail ordusunun Qəzzaya hücumlarının “təhlükəsizlikdən çox siyasi və şəxsi maraqlara xidmət etdiyi” bildirilib.
Məktubda Qəzzaya hücumların dayandırılması və HƏMAS-ın əlində olan israilli məhbusların geri qaytarılması tələb olunur.
Qəzzaya edilən hücumların Netanyahu hökumətinin qarşıya qoyduğu məqsədlərə xidmət etmədiyi bildirilən məktubda hücumların Qəzzada mülki vətəndaşlarla yanaşı İsrailli məhbus və əsgərlərin də ölümünə səbəb olduğuna diqqət çəkilib.
Bildirilib ki, bu məktubdan sonra İsrail Hərbi Hava Qüvvələri komandanı Tomer Bar yüksək rütbəli komandirlərlə görüş keçirib və bunu imzalayan əsgərlərin orduda xidmətini davam etdirə bilməyəcəkləri ilə hədələyib.
Sionist İsrail ordusu hələlik sözügedən xəbərlə bağlı açıqlama verməyib.