Sionist hərbçilər Qəzza müharibəsinə qarşı olduqları üçün işdən çıxarılmaqla hədələnib

Sionist hərbçilər Qəzza müharibəsinə qarşı olduqları üçün işdən çıxarılmaqla hədələnib

İbrani dilində çıxan Haaretz qəzeti bildirib: “İsrail hərbi hava qüvvələri vurğulayıb ki, 970 pilot Qəzzədə müharibənin dayandırılması tələbi ilə yazılmış məktuba imzalarını geri götürməsələr, ordudan qovulacaqlar.”

Az.rasthaber.com xəbər verir ki, məktubda Qəzzəyə qarşı müharibənin yalnız siyasi maraqlara xidmət etmək üçün davam etdiyi və “İsrail”in maraqları ilə heç bir əlaqəsi olmadığı qeyd olunur.

Bu məktubun müəllifləri də bildiriblər: “Bundan əvvəl də sübut olunduğu kimi, “girovları” təhlükəsiz geri qaytarmağın yeganə yolu hərbi təzyiq deyil, razılaşmadır. Hərbi təzyiqlər əsasən “girovların” öldürülməsinə və qüvvələrimizin həyatını təhlükəyə düşməsinə gətirib çıxarır.”

Xəbəri paylaş

VİDEOLAR