Hayfa meri Yona Yahav Hizbullah raketlərinə görə dükanların bağlanmasından sonra şəhərin çox çətin iqtisadi vəziyyətdə olduğunu açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, sionist İsrailin şimalında yerləşən Hayfa tez-tez raketlərə məruz qalır.
İşğalçı İsrail mərkəzli i24 News kanalına danışan Yahav, şəhərdəki ağır iqtisadi vəziyyəti İsrail parlamentinin üzvlərinə izah etmək üçün sabah Knessetə gedəcəyini bildirib.
Yahav deyib:"Knessetin Maliyyə Komitəsi və İsrail orada (Hayfa) nə qədər dəhşətli və təhlükəli hadisələrin baş verdiyini anlamır və ya bilmir. Hayfa hədəfə alınır, dükanlar bağlandıqdan sonra iqtisadiyyat çökür və şəhər iqtisadi cəhətdən durğunlaşır".