Suriya silahlı müxalifət komandanlığı ölkənin şimal-qərbindəki Deyr əz-Zor şəhərini nəzarətə götürdüklərini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Suriyanın “Əl-Vətən” qəzeti Suriya silahlı müxalifət qüvvələrinin ölkənin şimal-şərqindəki Deyr əz-Zor şəhərini tam nəzarətə götürdüyünü yazıb. Qəzetdəki xəbərdə bu ifadə yer alıb: “Qüvvələrimiz Deyr əz-Zor şəhərini tamamilə nəzarətə götürüb”.
Çərşənbə axşamı günü “Deyr əz-Zor Hərbi Şurası” komandanlığı kürd tərəfdarı Suriya Demokratik Qüvvələrinə (SDQ) tabe olmaqdan və Dəməşqdəki silahlı müxalifətə qoşulmaqdan imtina etdiyini açıqlamışdı.
Silahlı qruplar noyabrın sonundan bəri Dəməşq də daxil olmaqla Suriyanın bir çox böyük şəhərlərini ələ keçirmişdi. Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Suriya prezidenti Bəşər Əsəd bəzi münaqişə tərəfləri ilə danışıqlar aparıb və bu danışıqlar zamanı istefa vermək qərarına gəlib və ölkəni tərk edib.