Silahlı qarşıdurmadan sonra Pakistanla Əfqanıstanın əsas sərhəd keçidi bağlanıb

Silahlı qarşıdurmadan sonra Pakistanla Əfqanıstanın əsas sərhəd keçidi bağlanıb

Ötən gün Pakistan-Əfqanıstan sərhədində iki tərəfin sərhəd və təhlükəsizlik qüvvələri arasında baş verən silahlı qarşıdurmadan sonra əsas keçid bütün xidmətlərini dayandırıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Pakistanın Sərhəd Xidməti mənbələri məlumat veriblər.

Əfqanıstanın Spin-Boldak rayonu ilə həmsərhəd olan Şaman şəhərinin komissar müavini Əbdülhəmid Zuhri bildirib ki, bağlanma ötən gün hər iki tərəfdən təhlükəsizlik qüvvələri arasında uzun sürən atışmadan sonra baş verib.

Zuhri, "atışmalar hər iki tərəfdən gecə saatlarına qədər davam etdi" deyib. Reuters-in məlumatına görə, Şamanda Pakistan və Əfqanıstan arasında ticarət və sərhəd keçidləri dayandırılıb.

Pakistan tərəfi ilk atəşin Əfqanıstan tərəfindən atıldığını bildirir.

Xəbəri paylaş

VİDEOLAR