İsrailin Qəzza sektorunda qətlə yetirdiyi günahsız insanların sayı 40 265 nəfərə çatıb.
Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qəzza sektorunun Səhiyyə Nazirliyi 22.08.24 tarixi ilə bağlı məlumat verib.
Qeyd edilib ki, İsrailin Qəzza sektoruna qarşı havadan, sudan və qurudan hücumları 2023-cü il 7 oktyabrdan bəri 321 gündür ki, davam edir.
Təkcə son sutka ərzində İsrail hücumları nəticəsində 42 nəfər dinc qəzzalı həyatını öldürülüb, 163 nəfər isə yaralanıb.
Xəsarət alanların sayı isə 93 144 nəfərə çatıb.
Həyatını itirən və yaralanan günasız Qəzza sakinlərinin böyük əksəriyyətini uşaqlar və qadınlar təşkil edir.
Həmçinin təxminən 10 min nəfər qəzzalı isə itkin düşüb, onların taleyi barədə məlumat yoxdur.