Noyabrın 16-da Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan leytenant Niftəliyev Ümid Oruc oğlunun nəşi Naxçıvana yola salınıb.
Az.rasthaber.com xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında şəhidi Müdafiə Nazirliyinin əməkdaşları, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri yola salıb.
Şəhid doğulduğu Nehrəm kəndində torpağa tapşırılacaq.
Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub, 10 hərbçisi yaralanıb.