“Şəhid ailəsi üzvü” vəsiqəsinin verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən həyata keçirilir.
Az.rasthaber.com xəbər verir ki, 2020-ci ilin dekabr ayından bu günədək şəhid ailələrinin üzvləri olan 6 253 şəxsə həmin vəsiqə Agentliyinin ərazi filialları və Bakı DOST mərkəzləri tərəfindən təqdim olunub.