Müqəddəs Məscidül-Əqsanın xətibi və Qüdsün Ali İslami Komitəsinin başçısı Şeyx Əkrəmə Səbri fələstinliləri əl-Əqsanın mühafizəsini gücləndirməyə çağırıb.
Az.rasthaber.com “palinfo”-ya istinadən xəbər verir ki, o bildirib ki, İsrail rejimi işğal altında saxladığı Qüds şəhərini “kazarmaya” çevirib: əl-Əqsanın blokadası gücləndirilib və müsəlmanlara və ümumilikdə oradan keçənlərə qarşı repressiyalar sərtləşdirilib.
“Qeyri-qanuni yəhudi mühacirlərə isə əl-Əqsaya soxulmaları üçün əlverişli şərait yaradılmağa davam edilir. İşğalçı rejim əl-Əqsanın mərhələli ilhaqı planı çərçivəsində səy göstərməyə davam edir və bu, həm qeyri-qanuni yəhudi mühacirlər, həm də rəsmi siyasi səviyyədə də edilir”, - deyə Şeyx qeyd edib.
O, rejim tərəfindən istənlən təxribata hazır olmaq üçün əl-Əqsa ərazisində müsəlmanların növbəli şəkildə növbətçiliyinin əhəmiyyətini vurğulayıb.
Şeyx müqəddəs şəhərdəki gərginliyin məsuliyyətinin İsrailin üzərində olduğunu əlavə edib.