Berlinin İmam Rza İslam Mərkəzinin alimi Şeyx Səbahətdin Türkyılmaz son cümə xütbəsində “Əsrin sazişi”ndən danışıb
Rasthaber Almaniyadan xəbər verir ki, Berlinin İmam Rza İslam Mərkəzinin alimi Şeyx Səbahətdin Türkyılmaz son cümə xütbəsində “Əsrin sazişi”nin İslam ölkələri üzərindəki təsirilə bağlı danışıb.
Çıxışında Şeyx Səbahətdin “Bu Əsrin sazişi ilə müqaviməti qırmaq istəyirlər. Bu saziş ölü doğulmuş bir uşaqdır. Allaha qarşı müharibədən indiyə kimi heç kəs qalib olmayıb. Qüds Tohidin mərkəzlərindən, Üluləzm peyğəmbərlərin dünyaya Tohidi yaydıqları və müvəhhidlərin yaşadığı torpaqlardır. Sionistlərin fitnə-fəsadları ilə bu həqiqət dəyişdirilə bilməz”, -deyə qeyd edib.
Berlinin İmam Rza İslam Mərkəzinin alimi daha sonra sözlərinə belə davam edib: “İnsanları evlərindən çıxarıb, torpaqlarını qəsb etməklə o torpaqların sahibi olunmaz. Torpaqların qəsb edilərək böyüdülməsi tarixdə fironların, nəmrudların yoludur. Torpaqlar işğal edilə bilər, amma insanların qəlbləri silah zoru, zülmlə fəth edilməz.
Bu anlaşmaya dəstək verən ölkələr bilməlidirlər ki, öz xalqları zamanı gəlincə onlardan bunun hesabını soruşacaqlar. Kaş İslam ölkələri bir şey etməsələr, onların hər etdikləri hər dedikləri sionistlərin xeyrinədir. İslam ölkələrinin liderləri, danışdıqca xalqlarının müqavimət gücünü qırırlar, sözlərilə xalqların sionistlərə qarşı nifrət və qəzəb atəşini söndürürlər. Müvəhhidlərin küfr və zülmə qarşı mübarizə əzmini qırırlar. Etirazlar şüar və sözdən artıq olmur. “Əsrin sazişi” yalanına həqiqətən qarşısınızsa sionistlərlə siyasi, iqtisadi və hərbi əlaqələri kəsin, kəsə bilmirsizsə sadəcə bir illiyə dondurun. Bunu edə bilmirsizsə, xalqları sərbəst buraxın, xalqlar zülmə, işğala və zorbalığa qarşı nə edəcəklərini çox yaxşı bilməkdədirlər. Fələstin xalqı o torpaqların bir həqiqətidir. Fələstin, Qüds məsələsi tohidə inananların məsələsidir. Fələstin xalqını yox sayaraq bu sazişi elan etmək baş tutmayacaq xəyaldan ibarətdir.
Tramp və onun “əsrin sazişi”ni elan etməyə təhrik edənlər bilməlidirlər ki, “Əsrin sazişi” əsrin xüsranına dönəcəkdir.
Yaxşı aqibət müttəqilərindir.
Vəssəlamu Aleykum və rəhmətullahi və bərəkətuh...”