13.03.2021 18:03:10
Berlin İmam Rza Mərkəzinin alimi Şeyx Səbahətdin Türkyılmaz sonuncu cümə namazı xütbəsində Papanın İraq ziyarətinə münasibət bildirib
Rasthaber Berlin: Berlin İmam Rza Mərkəzinin alimi Şeyx Səbahətdin Türkyılmaz sonuncu cümə namazı xütbəsində Papanın İraq ziyarətinə münasibət bildirib.
İmperialist güc Yaxın Şərqi din əlilə dizayn etməyə çalışır. İşğal, qətliam, müharibə, terrorla edə bilmədiyini indi dini istifadə edərək etməyə çalışmaqdadır.
İmperialist cəbhəsinin hiyləgər fitnə toxumları əkib cücərməsini gözləməkdədir.
Papanın son İraq ziyarəti bu fitnə toxumlarını əkmək üçün həyata keçirilmişdir. Xristian dünyasında etibarı olmayan, sadəcə inanclı katoliklər arasında hörməti olan bir Papanın müsəlmanlar arasında bu qədər etibar görməsi təəccüblüdür.
Hər bir fitnə toxumu ətraflı danışılması lazım olan mövzulardır. Biz sadəcə başlıqla bəzilərini xülasələşdirək:
1. Dini istifadə edərək İraqa daha sağlam yerləşmək; Papa, dinlərarası dialoq, İbrahimi dinlərin çıxış mərkəzi, mədəniyyətlərin doğum yeri kimi dindarların ruhlarını oxşayan şeytani sözlərlə giriş edir İraqa. Təəssüf ki, Quranın digər inanclara münasibətini doğru oxumayan alimlər bu oyuna gəlib Dinlərarası tolerantlıqdan bəhs edə bilirlər.
2. İraqdakı xristianlara sahib onların təhlükəsizliyini qoruma iddiası; Papa, etdiyi ayinlər və iclaslarda xristianların hamisi olduğunu və onların təhlükəsizliklərini düşündüklərinə laqeyd qalmır. Demək istəyir ki, biz burdayıq, sizin yanınızdayıq, təhlükəsizliyinizə biz cavabdehik.
3. İraq Kürd dövlətini rəsmiləşdirmək, qanuniləşdirmək; illər öncə qurduqları "Şimali İraq Kürd dövləti"nin təməllərini möhkəmləndirmək və böyük planı açıqlamaq üçün Papadan istifadə edilir. Yenə də səhnədə din var.
4. Papanın ən önəmli vəzifələrindən biri Şiə Mərcəiyyətin arasında təfriqə salmaqdır; sionist planın ən önəmlilərindən biri Şiə Dini Liderlər arasında fitnə toxumu əkməkdir. Qum - Nəcəf ixtilafı varmış kimi göstərmək, İran -İraq şiəliyi ayrıseçkiliyini yaratmaq üçün Ayətullah Sistani ilə görüş planı test edilir. "Dünyada Şiələrin təmsilçisi Qumdurmu, yoxsa Nəcəfdirmi?" kimi mübahisələri başlamaq on illərdir imperialist gücün planlarındandır.
Unudulmaması lazım olan nöqtə budur; İnqilab sonrası İran Şiəliyi "siyasəti yönləndirən bir Şiəliyə" döndü, İraq isə hələ "siyəsətin təsirindən nicat tapmayan bir Şiəliyə" sahibdir. Buna görə İmperialist güc Qum - Nəcəf qarşıdurması yaradaraq, siyasəti yönləndirə bilməyən İraq Şiəliyinin güclənməsi və Nəcəf Şiəliyinin nüfuzunun artmasını istəyir.
Papanın Ayətullah Sistani haqqında dediyi mədhiyələr Şiələri aldatmasın - onların hamısı münafiqcəsinə sözlərdir. Bütün fitnə toxumlarını əkmək üçün Papa İraqa gəldi. Bəs "uğurlu oldumu?" sualının cavabını illər sonra fitnələr cücərəndə görəcəyik. Yəni Papanın İraq ziyarəti elə də düşünüldüyü kimi "məsumcasına" deyil; sülh, qardaşlıq, dostluq sözləri münafiqcəsinə deyilən sözlərdir.