Qüdsdə yerləşən əl-Əqsa məscidinin qoruyucusu Şeyx Raid Salah ötən gün sionist rejimin zindanındakı 16 aylıq həbsdən sonra azadlığa çıxıb.
Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə onun vəkili Ömər Həmaisi məlumat verib.
Onun sözlərinə görə, Şeyx Salah azadlığa çıxaraq Umm-əl-Fəhm şəhərindəki evinə yola düşüb.
Onu Meqiddo həbsxanasının qarşısında və evinin önündə çox sayda insan qarşılayıb.
Şəhər sakinləri onun azadlığı münasibəti ilə şirnilər paylayıb, bir-birilərini təbrik edib.
Şeyx Salah doğma şəhərində böyük sayda insanın qarşısında çıxış edərək bəyan edib ki, düşmənin zülmlərini baxmayaraq, o, Fələstin və əl-Əqsanın müdafiəsi işindən əl çəkməyəcək.