Şeyx Nəim Qasim: Hizbullah düşmənləri ABŞ səfirliyindən əmr alırlar

Şeyx Nəim Qasim: Hizbullah düşmənləri ABŞ səfirliyindən əmr alırlar

"Hizbullahın düşmənləri ABŞ səfirliyinə toplaşır, müqaviməti hədəfə almaq üçün göstərişlər alır və onu tərksilah etməyə çalışırlar."

Nəimm Qasim "Əl-Məyadin" xəbər kanalına deyib: “ABŞ səfirliyi 17 oktyabr etirazlarından öz məqsədlərinə çatmaq üçün istifadə etmək niyyətində idi."
Etirazlar 2019-cu il oktyabrın 17-də Livanda WhatsApp zəngləri kimi online rabitə proqamlarına vergi tətbiq edilməsindən sonra başladı. İnsanlar iqtisadi şəraitə, yaşayış səviyyələrinin aşağı olmasına sərt etirazlara start verdi.
Nəim Qasim Livanda parlament seçkilərinin vaxtında keçiriləcəyinə və seçkiləri təxirə salmaq üçün heç bir əsas olmadığına işarə edərək deyib: “ABŞ səfirliyi belə qənaətə gəlib ki, qarşıdan gələn seçkilər heç nəyi dəyişməyəcək və heç bir müsbət gedişat olmayacaq.”
Hizbullah baş katibinin müavini qeyd edib ki, Hizbullahın düşmənləri ABŞ səfirliyinə toplaşır, müqaviməti hədəfə almaq üçün göstərişlər alır və onu tərksilah etməyə çalışırlar.

Xəbəri paylaş

VİDEOLAR