Şeyx Naim Qasim: İşğalçıların layihələrini əngəllədik

Şeyx Naim Qasim: İşğalçıların layihələrini əngəllədik

Hizbullah baş katibinin müavini sionist rejimin Livandakı layihələrini həyata keçirə bilmədiyini bildirib

Rasthaber Azərbaycan xəbər verir ki, Hizbullah baş katibinin müavini Şeyx Naim Qasim Azad Ticarət Birlikləri ilə görüşündə bu barədə danışıb.

“Biz heç vaxt başqalarının ölkəmizin daxili işlərinə qarışmasına icazə verməyəcəyik. Hizbullah da başqalarının gözlədiyi kimi növbəti seçkiləri gözləyir, çünki bu mərhələdə biz insanların mövqeyini istəyirik.", -deyə Şeyx Qasim bildirib.

"Bəzi vətəndaş cəmiyyəti qrupları dürüstdür və ABŞ səfirliyi ilə heç bir əlaqəsi yoxdur.", -deyən Hizbullah liderinin müavini təmsil etdiyi təşkilatın  bütün ölkələrlə, o cümlədən Fars körfəzinə qonşu olan ölkələrlə münasibətlərdə maraqlı olduğunu qeyd edib.

"Bu münasibətlər Livanın daxili işlərinə qarışma kimi deyil, qarşılıqlı hörmət əsasında olmalıdır.", -deyə o əlavə edib.

Şeyx Qasim ölkəsi üçün ən böyük problemin İsrail olduğunu da qeyd edərək "Müqavimət işğalçıların layihələrini həyata keçirməyə imkan vermədi. Bu layihələrdən biri Cənubi Livanın bəzi hissələrinin işğalı və bu ərazilərin sionist yaşayış məntəqələrinə ilhaq edilməsi idi, lakin müqavimət bunun qarşısını aldı”, -deyə bildirib.

Xəbəri paylaş

VİDEOLAR