Bu barədə məlumatı "Bəhreyn İnsan Haqları Mərkəzi" yayıb.
Az.rasthaber.com Eastnews.org-a istinadən xəbər verir ki, Bəhreynin "Əl-Vifaq" Cəmiyyətinin sədri Şeyx Əli Salmanın səhətində problem yaranıb.
Məlumatda vurğulanır ki, əgər Şeyx Əli Salman saxlanıldığı həbsxanadan xəstəxanaya göndərilməsə, səhhətində ciddi problemlər yarana bilər.
Bəhreyn hökumətindən beynəlxalq öhdəliklərə əməl etməsi tələb olunub.