Seyid Nəsrullahdan vətəndaş müharibəsilə bağlı xəbərdarlıq

Seyid Nəsrullahdan vətəndaş müharibəsilə bağlı xəbərdarlıq

Livan Hizbullahının baş katibi ölkəni vətəndaş müharibəsinə sürükləmək üçün düşmənin fitnəsi barədə xəbərdarlıq edib.

Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah "Xəldə" bölgəsində baş verən hadisələrə münasibət bildirib.

O bu məsələnin fitnə olduğuu qeyd edərək deyib: "Bəziləri Hizbullahla döyüşmək üçün silah gətirmək niyyətindədirlər, amma biz düşmənin planlaşdırdığı istiqamətə getməyəcəyik".

Seyid Həsən Nəsrullah sözlərinin davamında bu hərəkatın qarşıdurmaya sürüklənməsinin düşmənin vətəndaş müharibəsi başlatma qərarı anlamına gəldiyini bildirərək  "Düşmənlərin fitnələri Livanın keçmiş baş naziri Səəd Həririnin Ərəbistanda həbs edilməsindən sonra başlayıb", -deyə əlavə edib.

Qeyd edək ki, silahlı şəxslər cari həftənin şənbə günü Beyrutun cənubunda yerləşən Haldə bölgəsində, Livan Hizbullahının üzvü şəhid "Əli Şəbli"nin dəfn mərasimində iştirak edənlərə doğru atəş açıblar. Nəticədə 4 nəfər ölüb, 10 nəfər yaralanıb.

Onuda qeyd edək ki, Hizbullah üzvü Əli Şibli toy mərasimində sələfi inancında olan radikal şəxslərin sui-qəsdinə məruz qalmış və dünyasını dəyişmişdi. 

 

Bununla bağlı ətraflı məlumat

Xəbəri paylaş

VİDEOLAR