Toy mərasimində qətlə yetirilən Hizbullah üzvünün dəfn mərasiminə də hücum edildi - VİDEO

Toy mərasimində qətlə yetirilən Hizbullah üzvünün dəfn mərasiminə də hücum edildi - VİDEO

Livan Hizbullahı da bəyanat yayaraq müvafiq orqanlara vaxt verib

Rasthaber Azərbaycan xəbər verir ki, Beyrutun cənubunda Haldə bölgəsində Hizbullah üzvünün dəfn mərasiminə hücum edilib.
Silahlı hücum zamanı 2 nəfər ölüb.
 
Bəzi mənbələr ölənlərin 5 nəfər olduğunu bildirir.
 
Hizbullah üzvü Əli Şiblinin Haldə bölgəsindəki dəfn mərasiminə ediən hücumdan sonra silahlı toqquşma baş verib.
 
Bir müddət sonra əraziyə ordu gücləri cəlb edilib və qarşıdurma sona çatıb.
 
Qeyd edək ki, Hizbullah üzvü Əli Şibli toy mərasimində sələfi inancında olan radikal şəxslərin sui-qəsdinə məruz qalmış və dünyasını dəyişmişdi. 
 
 Əli Şiblinin dəfn mərasiminə də eyni qruplaşmanın hücum etdiyi qeyd olunur.
 
Məsələ prezident və baş nazir səviyyəsində müzakirəyə çıxarılaraq əraziyə güc strukturlarının cəlb edilməsi təmin edilib.
 
Livan Hizbullahı da bəyanat yayaraq müvafiq orqanlara vaxt verib: "Hizbullah məsələni böyük bir diqqətlə izləyir. Ordu və güc strukturlarını təhlükəsizliyin təmin edilməsi üçün müdaxiləyə çağrır və qatillərin məhkəməyə təslim edilməsini tez bir zamanda reallaşdırmasını tələb edir.", -deyə bildirir.
 

Xəbəri paylaş

VİDEOLAR