Livanın "Hizbullah" hərəkatının lideri Seyid Həsən Nəsrullah Livandakı və bölgədəki son məsələlərlə əlaqədar çıxış edib.
Rasthaber Azərbaycan İran mediasına istinadla verdiyi məlumata əsasən, Seyid Nəsrullah öz çıxışında deyib: "Fələstin, Qüds və Məscidül-Əqsadakı hadisələr daxili böhranlar nəticəsində qabağa qaça biləcək kinli və axmaq bir düşmənlə qarşılaşdığımızı göstərir".
Nəsrullah çıxışı zamanı Qüdsün azad olunacağına, Əqsa məscidində namaz qılacaqlarına da işarə edib.
Onun sözlərinə görə, Netanyahu bu gün uğursuzluğuna görə böhran yaşayır. Bu böhrandan çıxmaq üçün müxtəlif və məntiqsiz variantlara müraciət edir. Qəzza, ona görə də Qüds, İordan çayının qərb sahili və 1948-ci il bölgəsindəki fələstinlilər Qüdsü və müqəddəs torpaqları dəstəkləməyə qərarlıdırlar və bütün İslam ümməti məsuliyyətli davranmalıdır.
Livan Hizbullahının lideri sonra deyib ki, Qüdsün işğalı regional bir müharibəyə bənzəyir.
Nəsrullah İmam Xomeyninin vəfat gününə münasibət bildirirək "İmam Xomeyni 20-ci əsrdə İslam Ümmətinə həyat bağışladı. Zülmə qarşı inqilab və müharibə tərəfdarlarına qarşı müqavimət ruhunu canlandırdı.", -deyə bildirib.ı”