Seyid Nəsrullah: İsrail başa düşdü və son döyüşdən dərs aldı

Seyid Nəsrullah: İsrail başa düşdü və son döyüşdən dərs aldı

Livan Hizbullahının lideri son Qəzza müharibəsində İsrailin təhlükəsizliyə dəhşətli zərbə vurulduğunu bəyan edib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah ötən gün Livanda keçirilən qələbə günü ilə bağlı çıxış edib.

Çıxışı zamanı İsrail və Fələstin arasında son döyüşlərdən danışan Hizbullah lideri deyib: “Qəzzədəki müqavimət hərəkatı Qəzza üçün deyil, Qüds və əl-Əqsa üçün meydana atıldı. İsrail elə bilirdi ki, Qüdsün yəhudiləşdirilməsi planına ancaq bəyanatla cavab verəcəklər. Lakin Qəzza müqavimətinin bu şücaətli və qəti addımı həm dost həm də düşmən üçün gözlənilməz oldu. Bu olanlar İsrailin bilməməzliyi, müqavimət hərəkatını heçə saymaqdan irəli gəlirdi, amma artıq onlar başa düşdü və dərs aldılar. Bəlli oldu ki, Qüdsə toxunmaq yəni regionda yeni müharibə ilə nəticələnəcək."

Nəsrullah sionist İsrail rejiminin 2000-ci ilin mayında livanlıların müqavimətilə ölkənin cənubundan çıxmasından, bu tarixi qələbənin sonrakı dövrlərdə müsbət təsirindən danışıb.

İsrailin son müharibədən dərs aldığını bildirən Həsən Nəsrullah vurğulayıb ki, “İsrail əl-Əqa məscidi və Qüdsə toxunmağın nəticəsinin silahlı müqavimət olduğunu bilməlidir.”

Onun sözlərinə görə, Müqavimət hərəkatlarının “Qüdsün Qılıncı” əməliyyatı İsrailin bütün bölgələrinə aid idi.

"İsrailin bütünündə təhlükəsizliyə zərbə vuruldu. Bu tarixi hərbi nəaliyyətdir. Qəzzadakı müqavimət bunu təkbaşına etdi. Bununla yanaşı İsrail qurudan Qəzzada əməliyyata getmədi. Bundan savayı İsrailin daxilində “48-ci ilin ərəbləri”nin bölgələrndə ciddi qarşıdurmalar baş verdi. Bu qarşı tərəfin varlığını təhdid edirdi”, deyə Seyid Nəsrullah növbəti müharibə ilə bağlı xəbərdarlıq edib.

Xəbəri paylaş

VİDEOLAR