Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah, İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Qüds Gücü Komandiri müavininin ölümü başsağlığı bəyanatı yayıb
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Seyid Həsən Nəsrullah İslam İnqilabının Rəhbəri Aytullah Xameneiyə bu barədə mesaj ünvanlayıb.
Seyid Nəsrullah mesajında deyib: "Müqavimətin onun mübarək hüzuruna ehtiyac duyduğu zaman" Briqada generalı Seyid Məhəmməd Hüseynzadə Hicazinin qəfil həyatını itirməsi bizi çox kədərləndirdi.
Biz böyük bir qardaşı, möhkəm bir dəstəyin dayağını, sadiq bir fədakarlığı, mənəvi örnəyi, bir ziyalı, eyni zamanda böyük şəhid Hacı Qasim Suleymaninin sadiq dostunu və yoldaşını itirdik."