Seyid Nəsrullah Fələstin təşkilatlarından xahiş etdi - Ətraflı

Seyid Nəsrullah Fələstin təşkilatlarından xahiş etdi - Ətraflı

Livan Hizbullah hərəkatının lideri Seyid Həsən Nəsrullah Beynəlxalq Qüds Günü münasibətilı çıxış edib.

Rasthaber Azərbaycan xəbər verir ki, Hizbullah lideri ilk öncə onunla bağlı koronavirusa yoluxma iddialarına münasibət bildirib.

“Əvvəlcə onu bildirim ki, koronavirusa yoluxmamla bağlı iddiaların əksinə olaraq heç bir simptom yoxdur.”, -deyə qeyd edib.

Nəsrullah sonra deyib: “Fələstin müqaviməti qanuniliyi olan bir müqavimətdir. Müqavimətə haqqaniyyət verən Fələstin xalqıdır. Bu mübarizə fələstinlilər üçün bir öncəlikdir. Hazırda Fələstində və Şeyx Cərrahdakı olaylar bu deyilənlərin isbatıdır. Sionistlər bir ümidsizlik halının fələstinlilərin onlara qarşı embaqo və mühasirələrə boyun əyəcəklərini düşündülər. Fələstinlilərin reaksiyası və müqaviməti israilliləri çaş-baş saldı. Biz Fələstin xalqının haqlarının qorunmasını və hüquqlarının geri qaytarılmasına layiq olduğuna inanırıq. Bu millət işğal altındakı Qüdsü və ana vətənlərini qorumaqda haq sahibidirlər. Fələstin müqavimət qruplarından xahişim budur ki, onlar müqavimətə bağlı qalsınlar, çünki bu gələcəkdə mübarizənin aqibətini xeyirə dəyişəkdir. Eyni zamanda bölgədək müqavimət cəbhəsinin varlığının çox önəmli olduğuna və Sionist düşmənlə mübarizədə böyük təsiri olduğuna inanıram.”

Seyid Nəsrullah çıxışının başqa bölümündə İran İslam Respublikası ilə bağlı məsələlərə işarə edərək “İsrailin İranla bağlı bütün proqnozları çökdü. İran onlar üçün təhlükəli bir vəziyyətə gəldi. Çünki onların İranı müharibəyə cəlb etməklə bağlı istəkləri alınmadı. Göründüyünə görə bəzi Ərəb ölkələrinin bu sahədəki istək və planları da uğursuz oldu. İran hazırda müqavimət cəbhəsində ən güclü plkədir və ABŞ ilə Sionizmin onunla bağlı bütün proqnozları və planları qeyri-müəyyənliyə dirənib. ABŞ və sionistlərin İran ilə bağlı proqnozları Tehranın nüvə fəaliyyətindən geri çəkilməsi idi. Bu əsla olmamış və bir daha olmayacaq bir şeydir. Natanz nüvə bazalarındakı təxribat pozucu əməliyyatına İranın verdiyi ən böyük cacab zənginləşdirmə səviyyəsini artırmaq oldu. Bu israilliləri qorudan bir şeydir. Keçdiyimiz 40 illik təcrübə, İranın müttəfiqlərini əsla tərk etmədiyini göstərir. İran müttəfiqlərini tərk etməz və ya onlar üzərində ticarət etməz. Biz Hizbullah olaraq İran və Səudiyyənin arasındakı bütün müzakirələri müsbət dəyərləndiririk. Belə bir diaoloqun bölgəyə daha çox sülh gətirəcəyinə inanırıq. İran-Səudiyyə müzakirələrindən narahat olanlar, İranın müttəfiqləri deyil, Səudiyyənin müttəfiqləridir.

Əlbəttə Səudiyyə də İranın nə müqaviməti, nə də Suriyanı satmayacağını bilməlidirlər. Bu səbəblə Səud rəsmiləri, İranla əlaqələrinə görə Suriya haqda şərtlərini İrana təqdim edə bilməzlər.”, - deyə əlavə edib.

Yəmənlə bağlı isə Nəsrullah deyib: “Bu ölkəyə qalında, Yəmən müqavimətin gücnü artırır. Bu gün İsrail artıq müqavimət cəbhəsini yox edə bilməyəcəyini anlayıb. Yəmənlilər Səudiyyə hücumlarının 7-ci ilində onlara dirənirlər. Yəmənin Fələstin məsələsinə verdiyi dəstək bu ölkənin özəl yerini göstərir. İsrail hazırda bölgədəki proseslərdən və müqavimətin qələbəsindən narahatdır. İsrailin özü bu gün böhran vəziyyətindədir. Onlar daxili böhrandan narahatdırlar. Sionistlər hazırda daxildəki qarşıdurmalara doğru gedirlər. Bu onların zəiflədiyini göstərir.”

Hizbullah lideri Diomonaya tuş gələn raketdən narahat olduqlarını qeyd edərək İsrailin hərbi təlimlərinə işarə edərək “Hərbi təlimlər sırasında Livan torpaqlarına ən kiçik müdaxilə gözlənilməsə də, belə olarsa Tel-Əvivə cavab veriləcək. Hazırda belə bir maraqlı sual var. Əgər bütün müqavimət cəbhələrindən İsrailə raket atılarsa, onlar bunun qarşısını ala biləcəklərmi? Əlbəttə xeyir. Sionistlər müqavimətin raket gücünə qarşı müdafiələri yox dərəcəsindədir.”, - deyə bildirib.

İsrail seçkilərinə işarə edən Nəsrullah sonda deyib: “Netanyahu iqtidarda qalmaq istəyir. Bu iki il içindəki dördüncü seçkidir. Netanyahunun istəyi həbsxanadan və istintaqdan yaxasını qurtarmaqdır.”

Xəbəri paylaş

VİDEOLAR