Livan Hizbullahının baş katibi bildirib ki, Süleymani və Əlmühəndisin şəhadətlərinin müsbət nəticələri davam edir
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Nəsrullah qeyd edib ki, müqavimət komandanlarının şəhadəti mərasiminin keçirilməsi onların qədrinin bilinməsinə bir təkiddir.
Seyid Həsən Nəsrullah dünən Sepah-ın Qüds qüvvələrinin keçmiş komandanı general-leytenant pasdar Hacı Qasım Süleymani və İraqda Həşdüşşəbi təşkilatının keçmiş rəis müavini Əbu-Mehdi Əlmühəndisin şəhadətinin ikinci ildönümü münasibətilə etdiyi çıxışda deyib: "Amerika İŞİD-i yaratdı və o, İraqda baş verən bütün cinayətlərdə məsuliyyət daşıyır. Əvəzində, İran İŞİD-lə mübarizədə İraq xalqının yanında duran ilk ölkə oldu. Bu arada şəhid Süleymani də işğalçılar qarşısında dayandı və İraqda müqavimət qruplarının yaradılmasında rol oynadı."
"Şəhidlər Süleymani və Əlmühəndisin qanları ərəb və İslam dünyasının vicdanlarını çağırır və deyir ki; regiondakı zülm və qəsbkarlığın başında Amerika dayanır. Bu terror hərəkətini törədənlər dünyada axirətdən öncə öz əməllərinin cəzasını alacaqlar.", -deyə Hizbullah lideri əlavə edib.