Seyid İbrahim Rəisi Türkiyədə rəsmi səfərdədir

Seyid İbrahim Rəisi Türkiyədə rəsmi səfərdədir

İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyedə rəsmi səfərdədir.

Az.rasthaber.org xəbər verir ki, qonaq Prezidenti dövlət başçısı Rəcəb Tayyib Ərdoğan rəsmi mərasimlə qarşılayıb.

Hazırda iki prezident arasında təkbətək görüş keçirilir.

Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, səfər çərçivəsində Türkiye-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının səkkizinci toplantısı Türkiye prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti İbrahim Rəisinin sədrliyi ilə keçiriləcək.
Məlumatda bildirilib ki, görüşdə Türkiye-İran münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.
"Görüşlər zamanı ikitərəfli əlaqələrlə yanaşı, aktual regional və qlobal problemlər, xüsusilə İsrailin Qəzzaya və işğal olunmuş Fələstin ərazilərinə hücumları ətrafında fikir mübadiləsi aparılacaq. Münasibətlərin müqavilə əsaslarının möhkəmləndirilməsinə yönəlmiş müxtəlif sənədlərin imzalanması da gündəmdədir'',-deyə məlumatda vurğulanıb.

Xəbəri paylaş

VİDEOLAR