İran prezidenti Seyid İbrahim Rəisi rəsmi təmaslar üçün sabah Ankaraya gedəcək.
Az.rasthaber.com xəbər verir ki, sabah (cümə axşamı) İran prezidenti Seyyid İbrahim Rəisi başçılıq etdiyi nümayəndə heyəti ilə Ankaraya gedəcək.
Rəisinin Ankaraya səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü olacaq.
Rəisi və Ərdoğanın sədrliyi ilə Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci Toplantısı da keçiriləcək.
Rəisi Türkiyədə yaşayan İran vətəndaşları ilə də görüşəcək.