Seyid İbrahim Rəisi Rusiya Dövlət Dumasının sədrini qəbul edib

Seyid İbrahim Rəisi Rusiya Dövlət Dumasının sədrini qəbul edib

İran Prezidenti Seyid İbrahim Rəisi Tehranda səfərdə olan Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodini qəbul edib.

Az.rasthaber.com xəbər verir ki, Rəisi bu görüşdə, İran və Rusiya arasında iqtisadi əlaqələr daim möhkəmləndiyini qeyd edərək deyib:

"İki ölkə ticarət, enerji, tranzit və nəqliyyat kimi müxtəlif sahələrdə səfərbər oluna bilən müxtəlif və çoxsaylı imkanlara malikdir.".

İranın Rusiya ilə əldə olunan razılaşmaların tam şəkildə həyata keçirilməsini izlədiyini bildirən Rəisi, "İki tərəfin imkanları bir-birini tamamlaya bilər və onlardan faydalanmaq iki ölkənin maraqlarını təmin etməklə yanaşı, regional faydalar da verə bilər", - deyə qeyd edib.

Vyaçeslav Volodin, Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Volodin də İbrahim Rəisinin regional və qonşuluq münasibətlərinin möhkəmləndirilməsi ilə bağlı mövqeyinin iki ölkə arasında əməkdaşlığın inkişafına şərait yaratdığını qeyd edərək, deyib:

Rusiya Federasiyası da İranla münasibətlərin səviyyəsinin yaxşılaşdırılması mövzusunda eyni yanaşma və baxışa malikdir və biz əməkdaşlığın davamlı olaraq yaxşılaşdırılması üçün səylər göstəririk”.

Xəbəri paylaş

VİDEOLAR