Seyid İbrahim Rəisi OPEC-in baş katibini qəbul edib

Seyid İbrahim Rəisi OPEC-in baş katibini qəbul edib

İran prezidenti Seyid İbrahim Rəisi Tehrana səfər edən Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Heysəm əl-Qeys ilə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, Rəisi bu görüşdə OPEC üzvlərinin bir-biri ilə konstruktiv münasibətlərini bu beynəlxalq təşkilatın uğurunda mühüm amil kimi nəzərə alaraq deyib:

"İran bu təşkilatla həmişə konstruktiv əməkdaşlıq edib və bizim əsas məqsədimiz bu əməkdaşlığı saxlamaq və səviyyəsini gücləndirməkdir.

Bəzi qərb ölkələri öz maraqlarını təmin etmək üçün OPEC-ə üzv ölkələr arasında fikir ayrılığı yaratmağa çalışır.

Bu hərəkətlər qarşısında OPEK üzvləri həmrəyliklərini gücləndirməli və bu məqsədlərin reallaşmasının qarşısını almalıdırlar".

OPEC baş katibi həmçinin bildirib ki, İran OPEC təşkilatının qurucu üzvlərindən biri kimi bu təşkilat və onun üzvləri ilə həmişə faydalı, səmərəli və konstruktiv əməkdaşlıq edib:

"İran istər nazirlər, istərsə də texniki səviyyədə OPEK üzvlərinin birliyini gücləndirmək üçün həmişə hərəkət edib".

Heysəm əl-Qeys neft bazarındakı son vəziyyəti izah edərək deyib:

"Ümid edirik ki, OPEC üzvlərinin konsensusundan və İranın konstruktiv dəstəyindən və əməkdaşlığından yararlanaraq bazara sülh gətirə bilərik".

Xəbəri paylaş

VİDEOLAR