Seyid Həsən Nəsrullahdan Livan xalqına müraciət

Seyid Həsən Nəsrullahdan Livan xalqına müraciət

Livan "Hizbullah" hərəkatının baş katibi Seyid Həsən Nəsrullah açıqlama verib

Rasthaber Azərbaycan "eastnews.org"a istinadən verdiyi xəbərə görə, Livan "Hizbullah" hərəkatının baş katibi Seyid Həsən Nəsrullah İranın göndərdiyi yanacağı daşıyan tanker karvanının Livana girməsi ərəfəsində bir mesaj yayımlayıb.  

Mesajda "Öyrəndim ki, cümə axşamı günü insanlar Baalbek al-Harmal bölgəsinə toplaşaraq yanacaq tankeri karvanını qarşılayacaqlar. Şərəfli xalqımızın böyük və səmimi dəstəyinin fərqindəyəm", - deyib.  

Seyid Həsən Nəsrullah Livan vətəndaşlarına təşəkkür etdi və xalqın sağlamlığı və yanacaq tankerinin qorunması üçün tanker karvanı keçərkən toplaşmamalarını istəyib.  

"Hizbullah" hərəkatının lideri Nəsrullah ABŞ-ın sanksiyalarına məhəl qoymadan İrandan Livan pulu ilə yanacaq almağı təklif etmişdi.

Xəbəri paylaş

VİDEOLAR