Seyid Həsən Nəsrullah Ərbəin günü ilə bağlı çıxış edib

Seyid Həsən Nəsrullah Ərbəin günü ilə bağlı çıxış edib

Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Ərbəin Günü ilə bağlı çıxış edib.

Az.rasthaber.com xəbər verir ki, İraqda Ərbəin mərasiminə milyonlarla ziyarətçinin qatıldığını qeyd edən Nəsrullah, Əhli-beyt aşiqlərinin Ərbəin günü Kərbəlada belə sıx iştirakını “İmam Hüseynə (ə) məhəbbət əlaməti” kimi qiymətləndirib.

Həsən Nəsrullah İordan çayının qərb sahilindəki son hadisələrlə bağlı deyib:

"Bu gün biz görürük ki, İordan çayının qərb sahilində düşmən çox qorxur, çünki Fələstinli qiyamçılar və gənc nəsil düşmənə qarşı vuruşur".

Nəsrullah Şərqi Aralıq dənizindəki mübahisəli Kariş enerji sahəsi ilə bağlı bu açıqlamaları verib:

"Livan öz haqqını almazsa, enerji sahəsində təbii qaz hasilatı həyata keçirilməməsi bizim üçün son dərəcə önəmlidir. Oradakı qaz hasilatı bizim qırmızı xəttimizdir. Bu məsələ ilə bağlı sionistlərə lazımi mesajı verdik. Biz sionistlərin bu bölgədə qaz hasilatına başlamasına qarşıyıq.

Məqsədimiz Livanın neft və qaz hasil edə bilməsidir. Təhdidlər bizə təsir etmir. Gözümüz onların üzərindədir və raketlərimizi onlara yönəldirik. Müharibə tətbiq edilərsə, ondan qaçmaq mümkün deyil".

Xəbəri paylaş

VİDEOLAR