Seyid Həsən Nəsrullah İsraillə münasibətləri yaxşılaşdıran ölkələr barədə

Seyid Həsən Nəsrullah İsraillə münasibətləri yaxşılaşdıran ölkələr barədə

“Bəziləri İsraillə əlaqələri qurmağın Fələstin məsələsinə və xalqına xidmət məqsədi daşıdığını bildirirlər. Bu nifaq və ikiüzlülüyün ən pis növüdür. Bu addımlar dayandırılmalıdır. Bu işi görənlər danlanmalı və onlara qarşı münasib addımlar atılmalıdır”.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu "Hizbullah" hərəkatının lideri Həsən Nəsrullah Beynəlxalq Qüds Günü ilə bağlı çıxışında deyib.

O, ötən gün baş tutan çıxışda son zamanlarda İsraildə, işğal edilmiş İordan çayının Qərb sahilində və regionun digər bölgələrində baş verənlərə diqqət çəkib.

Həsən Nəsrullah bəzi ərəb dövlətlərinin İsraillə əlaqələrinə bəraət qazandırmalarını “ən pis nifaq növü” adlandırıb və ümumilikdə İsraillə münasibətlərin normallaşdırılması xəttinin qarşısında duruş göstərməyin zəruri olduğunu vurğulayıb.

O, həmçinin bildirib ki, son zamanlarda İran tərəfindən münasibətləri yeni rəsmiləşdirən bəzi ərəb dövlətlərinə xəbərdarlıq edilib.

Həsən Nəsrullah əlavə edib ki, İsrail tərəfindən təhdid olarsa, İran da İsraili birbaşa hədəfə ala bilər və bunun əlamətləri görünməkdədir.

Xəbəri paylaş

VİDEOLAR