Seyid Həsən Nəsrullah: İran müqavimətə və məzlumlara güclü dayaqdır!

Seyid Həsən Nəsrullah: İran müqavimətə və məzlumlara güclü dayaqdır!

Livan Hizbullah Hərəkatının Baş katibi bu gün (şənbə) Məsud Pezeşkiyanı İranın prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib, ölkəmizin bölgədəki müqavimət oxuna dəstəyinin davam edəcəyinə ümid etdiyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, Seyid Həsən Nəsrullah İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Pezeşkiyana müraciətlə vurğulayıb: “Son qələbəyə qədər yolumuzu sizinlə davam etdirəcəyik və bu qələbənin sütunu güclü İslami İran olacaq.”


Hizbullah liderinin müraciətində bildirilir: “Sizi seçilməyiniz münasibətilə təbrik edirəm və Allahdan sizə İranın fədakar və sadiq xalqının ideallarına çatmaqda köməklik diləyirəm.”

“Biz Hizbullah və müqavimət hərəkatları İranı müqavimət və məzlumlar üçün güclü və daimi dayaq olaraq görürük” - deyə, o, qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR