Livan Hizbullah Hərəkatının Baş katibi deyib: “İran İslam Respublikası xidmət şəhidləri ilə bağlı faciəli hadisədən başıuca və izzətli şəkildə çıxdı, İran İslam Respublikasının qabaqcıl və uca modelini təqdim etdi ki, bütün çətinliklər qarşısında möhkəmdir.”
Az.rasthaber.com xəbər verir ki, Livan Hizbullah Hərəkatının Baş katibi Seyid Həsən Nəsrullah bu gün (cümə axşamı) günortadan sonra Tehran müsəllasında Ayətullah Rəisinin şəhadətinin 40-cı günü münasibətilə çıxışında deyib: “Həmd olsun Allaha, İran xalqı birbaşa iştirakı, bu hadisəyə münasibəti, İrandakı ictimai asayiş və sabitlik ilə bütün dünyaya nümunə oldu.”
“Pusquda dayanmış düşmənlər öz gözləri ilə gördülər ki, İran bu hadisə ilə bağlı üzləşdiyi bütün ağır vəziyyətə baxmayaraq, sakit, sabit, vahid və birlikdədir” - deyə, hərəkat lideri əlavə edib.
Nəsrullah deyib: “Həmçinin, dünya müxtəlif şəhərlərdə milyonlarla insanın Ayətullah Rəisinin, Əmir Abdullahiyanın və onlarla birlikdə şəhid olan digər əziz xidmət şəhidlərinin vida və dəfn mərasimində iştirakının şahidi oldu. Bu möhtəşəm iştirak dostlar və düşmənlər üçün güclü bir mesaj verdi. Hadisəyə görə narahat olan dostlar milyonların bu iştirakını görəndə inam və güvən qazandılar. Hadisədən sevinən düşmənlər anladılar ki, böyük bəsirətə və sədaqətə malik olan bəsirətli və vəfadar bir xalqla qarşılaşırlar. Bu dəfn mərasimi bu böyük sədaqətin ifadəsi idi.”
Seyid Həsən Nəsrullah çıxışının davamında deyib: “Çətinlikləri necə aradan qaldıldırması, onlara qələbə çalması, fəaliyyət və yolunu davam etməsinə gəlincə, indi hamı İran xalqının davranışı və çıxışını gözləyir ki, bu da şəhid Rəisinin və digər şəhidlərin dəfn mərasimində insanların böyük iştirakı ilə özünü göstərdi. Bu iştirak prezident seçkilərində görünəcək. Allahdan diləyimiz budur ki, bu, əziz, mücahid, mübariz, fədakar, kərbəlaçı, bütün dünyanın məzlumlarına ürək yandıran və onların həqiqi dəstəkçisi olan bu xalqı düzgün seçimdə müvəffəq etsin, uyğun prezident hakimiyyətə gətirsin ki, eyni yolu davam etdirsin və bu ümidləri gerçəkləşdirsin.”
Hizbullah Hərəkatının Baş katibi deyib: “Bu gün İran İslam Respublikası və bu müqəddəs quruluş təkcə İran xalqının yolunu müəyyən etmir, bütün dürüstlük, açıqlıq və şəffaflıq ilə İran İslam Respublikası ilə bağlı olan xalqların və hökumətlərin taleyi, inkişaf və hadisələrini müəyyən edir.”
Seyid Həsən Nəsrullah deyib: “İran İslam Respublikası təkcə İran xalqının yolu və gələcəyi deyil, bütün region xalqlarının gələcəyi və yoludur; torpağımızı və bölgəmizi zülm və fitnə ilə dolduran zalımlara, soyğunçulara, müstəmləkəçilərə və imperialistlərlə qarşı möhkəm bir qaladır. Biz Allahdan sonra bu mübarək İslam ölkəsinə, Rəhbərliyə, xalqa, hakimiyyətə, səlahiyyətlilərə, alim və elmi hövzələrə böyük ümid bəsləyirik və Uca Allahdan onların hamısını qorumasını diləyirik.”