Sepah İraqın şimalında terrorçuların mövqelərini hədəfə alıb

Sepah İraqın şimalında terrorçuların mövqelərini hədəfə alıb

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah bu gün artilleriya və PUA hücumları ilə İraqın şimal iqlimində yerləşən terror qruplaşmalarının mövqelərini darmadağın edib.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Sepah-ın quru qoşunlarının Həmzeyi Seyyidüşşühəda(ə) qərargahı bir məlumatda bildirib:

"Dünya imperializminin tabeliyində olan terror qruplaşmalarının İran ərazisində təxribatçı və təhlükəsizliyə zidd əməliyyatlar keçirmək üçün ölkəyə sızmaq istiqamətində terror dəstələrinin göndərilməsi üzrə son şər hərəkətlərinin ardınca, dəqiq kəşfiyyat və əməliyyat tədbirlərilə bir yaraqlı terror dəstəsi Sepah-ın quru qoşunlarının Həmzeyi Seyyidüşşühəda(ə) qərargahı döyüşçülərinin kəşfiyyat toruna düşüb və bu beş nəfərlik terror dəstəsinin bütün üzvləri İranın Banə şəhərində həbs olunublar.

Bu məlumata əsasən, həmin terror dəstəsi üzvlərinin özlərinin İslami İrana qarşı nəhs və təxribatçı niyyət və məqsədlərini etiraf etmələrinin ardınca, bu gün İraqın şimal iqlimində yerləşən terrorçuların baza və qərargahları Sepah-ın quru qoşunlarının Həmzeyi Seyyidüşşühəda(ə) qərargahı döyüşçülərinin hücumlarının hədəfinə çevrilib və məhv edilibdir.

Martın on üçündə də sionist rejimin kəşfiyyat və xüsusi əməliyyat təşkilatı- MOSSAD-ın İraqın Ərbil şəhərində yerləşən iki casusluq bazası İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək dəqiqlikli raketlərinin hədəfinə tuş gəlmişdi.

İran İslam Respublikasının Silahlı Qüvvələri dəfələrlə xəbərdarlıq edibdir ki, ölkənin şimal-qərb sərhədlərinin həndəvərində terror qruplaşmalarının iştirak və fəaliyyətlərinə əsla dözməyəcək və təhlükəsizliyə zidd fəaliyyətlər təqdirində, onlara möhkəm və dağıdıcı cavablar verəcəkdir.

Xəbəri paylaş

VİDEOLAR