SEPAH: General Qasim Süleymani və Əl-Mühəndis şəhid edildi

SEPAH: General Qasim Süleymani və Əl-Mühəndis şəhid edildi

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah bir məlumat yayaraq, bu korpusun Qüds qüvvələrinin komandanı general-mayor Qasem Suleymaninin şəhid edilməsi ilə bağlı xəbərləri təsdiq edib

Rasthaber Azərbaycan xəbər verir ki, İnqilab Keşikçilər Korpusu məlumat yayaraq bildirib ki,  Hacı Qasem Süleymani mübarizə ilə dolu ömürdən sonra bu gün səhər tezdən ABŞ vertolyotlarının hücumunda şəhid edilib.

Məlumatda qeyd edilir ki, ABŞ vertolyotlarının Bağdadda iki avtomobilə qarşı hücumunda general-mayor Qasem Süleymani və Əbu Məhdi Muhəndis şəhid olublar.

İraq mediaları bu ölkənin rəsmi şəxslərinə istinadla bildiriblər ki, iki avtomobillə Bağdad beynəlxalq hava limanından çıxan general Süleymani və Əbu Muhəndis hədəfə alınıb və onların hər ikisi şəhid edilib.

Xəbəri paylaş

VİDEOLAR