SEPAH bəyanatında “Doğru Vəd 2” əməliyyatı ilə bağlı vurğulayıb: “Bu əməliyyat beynəlxalq qanunlara əsaslanan qanuni müdafiə hüququ çərçivəsində həyata keçirilib və düşmənin istənilən axmaqlığına dağıdıcı və peşçan edici cavab veriləcək.”
Az.rasthaber.com xəbər verir ki, bəyanatın tam mətni belədir:
Əvvəlki bəyanatın davamı olaraq, İslam İnqilabı Keşikçiləri Korpusundakı övladlarınız İslam Respublikası rəsmiləri və hərbi komandirlərin verdiyi vədlərə uyğun olaraq, digər silahlı qüvvələrin köməyi ilə “Doğru Vəd 2” əməliyyatı zamanı “Ya Rəsulullah (s)” kodu ilə işğal olunmuş ərazilər daxilində strateji mərkəzləri İslami İranın övladlarının istehsal etdiyi raketlərlə hədəfə aldılar.
Bu əməliyyatda bəzi hava və radar bazaları, müqavimət liderlərinə, xüsusilə şəhid doktor İsmayıl Həniyyə, Livan Hizbullahının lideri şəhid höccətül-islam vəl-müslimin Seyid Həsən Nəsrullah, Hizbullah, Fələstin İslami Müqaviməti və SEPAH komandirlərinə qarşı terror və sui-qəsd mərkəzləri vuruldu.
Qeyd olunan mərkəzlərin ən qabaqcıl və kütləvi müdafiə sistemləri ilə qorunmasına baxmayaraq, atışların doxsan faizi hədəflərə uğurla dəydi və sionist rejim İslam Respublikasının kəşfiyyat və əməliyyat hökmranlığından dəhşətə gəldi.
Bu əməliyyat beynəlxalq qanunlara əsaslanan qanuni müdafiə hüququ çərçivəsində həyata keçirilib və düşmənin istənilən axmaqlığına dağıdıcı və peşman edici cavab veriləcək.