Seneqalda azı 100 nəfər naməlum xəstəliyə tutuldu

Seneqalda azı 100 nəfər naməlum xəstəliyə tutuldu

Seneqalın qərbində naməlum xəstəlik aşkar edilib.

Az.rasthaber.com “Dacar Actu”-ya istinadən xəbər verir ki, orada 100-dən çox balıqçı xəstələnib.

Xəstəlik ocağı Dakar yaxınlığındakı Rüfisk və Mbur liman şəhərləri arasında yerləşir.

Xəstələrdə qabıq halındakı dəri tökülmələri aşkar edilib.

Mütəxəssislər ehtimal edirlər ki, naməlum xəstəliyin mənbəyi açıq dənizdə ola bilər, çünki ona yalnız ova çıxmış balıqçılar tutulub.

Qeyd edilir ki, simptomları olan bütün xəstələr Rüfiskdəki stadion ərazisində səhra xəstəxanasına yerləşdirilir.

Xəbəri paylaş

VİDEOLAR