İraqın Sədr hərəkatının lideri milli çoxluq hökümətinin formalaşdırılması ilə bağlı mövqeyini bir daha vurğulayıb.
Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Müqtəda Əl-Sədr özünün Tvitter səhifəsində yazıb: "Kabinetin formalaşdırılması ilə bağlı Şiə Koordinasiya Şurasi ilə hələlik razılıq əldə olunmayıb".
Sədr bu tvitdə əlavə edib: "Milli çoxluq hökümətinin formalaşdırılması üçün onların barəsində yaxşı fikirdə olduğumuz kəslər üçün qapılar hələ də açıqdır".
Sədr hərəkatının lideri, bu hərəkatın heç kimə tərəfdaşları və ya daxili sülhü təhdid etməyə icazə verməyəcəyini qeyd edərək, əlavə edib: "Növbəti hökumət qanun hökuməti olacaq, bu hökumətdə heç kim tərəfindən qanun pozuntusuna yer yoxdur və qanun hakim olacaq".