Suriya prezidenti Bəşər Əsəd Qasim Süleymani və Əbu Mehdi əl-Mühəndisin, həmçinin onların ətrafının ABŞ terroru nəticəsində şəhid edilməsinin 2-ci ildönümü münasibəti ilə bağlı danışıb.
"Şəhid Qasim Süleymani hər bir missiyası zamanı ABŞ-ın məhvedici və təhrikedici strategiyasının əsaslarını məhv etməyə can atırdı", - deyə o qeyd edib.
Az.rasthaber.com "Al-Alam"-a istinadən xəbər verir ki, Əsəd general Süleymanini vətən və bəşəriyyət üçün fədakarlıq nümunəsi adlandırıb.
"O, Vaşinqton və onun regiondakı müttəfiqlərinin maraqları üçün təhlükə mənbəyi idi", - deyə Əsəd bildirib.
"Şəhidlər Süleymani və Əbu Mehdi əl-Mühəndis düşmənlərlə mübarizənin əsas fiqurları idi", - deyə o əlavə edib.
Düşmənlərin şəhid Süleymaninin ideologiyasının region və ümumilikdə dünyada yayılmasından qorxduğunu deyən Suriya prezidenti bildirib ki, "şəhid Süleymaninin təbliğ etdiyi etika və əxlaqın qloballaşması şəraitində heç kəsi pulla ələ almaq olmaz".
Əsəd deyib ki, ABŞ Şəhid Süleymani nümunəsinin məşhurlaşmasından qorxuya düşərək məlum cinayəti törədib.
"Biz Süleymaniyə sadiqliyimizi qoruyub saxlamalı və Suriya və İran arasındakı əməkdaşlığın genişlənməsi üzərində çalışmalıyıq", - deyə o vurğulayıb.