“Bakı ilə birgə regionlarda da limitlərin sıfırlanması prosesi paralel olaraq aparılır”.
Az.rasthaber.com "Oxu.Az"-a istinadən xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyev məlumat verib.
O bildirib ki, prosesin bir ay ərzində tamamilə yekunlaşması planlaşdırılır:
“Ötən il eyni ay üzrə limitlərin sıfırlanması prosesi necə həyata keçirilmişdisə, bu il də proses müvafiq olaraq davam etdiriləcək”.