Dünən saxlanılan ruhanilər Cəlal Şəfiyev və Qədir Məmmədov da azad ediliblər
Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə o özü facebook vasitəsilə videomüraciətində deyib.
Onun sözlərinə görə, digər saxlanılanlar ruhani Sərdar Hacıhəsənli, maide.az saytının redaktoru Təmkin Cəfərov, Əli Musayev hələ sərbəst buraxılmayıblar.
Qeyd edək ki, dünən tanınmış ilahiyyatçı İlqar İbrahimoğlu da bir neçə saatlıq saxlanılmış və azad edilmişdi.