Bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat konfransında, İranın ABŞ-ın bütün sanksiyaları ləğv etməsini gözlədiyini bildirib.
"ABŞ-ın öz öhdəliklərinə qayıtması lazımdır və əgər bu hərəkət baş verərsə, Əhatəli Müştərək Təşəbbüs Proqramı çərçivəsində danışıqlar aparmaq mümkündür", -deyə o bildirib.
Xətibzadə İranın strateji səbr və nüvə anlaşmasının 26 və 36-cı maddələrinə əsasən, öhdəliklərini azaltması bu beynəlxalq anlaşmanın ayaqda qalmasına səbəb olduğunu bəyan edərək deyib: "ABŞ-ın ilk addımı, sanksiyaları effektiv şəkildə ləğv etmək və 2231 saylı qətnaməni tam şəkildə həyata keçirməkdir və bu mərhələdən sonra Əhatəli Müştərək Təşəbbüs Proqramı masasına qayıtmanın da öz şərtləri və mərhələləri vardır".