Sanksiyaların prezident seçkilərinə dəxli yoxdur - Vaezi

Sanksiyaların prezident seçkilərinə dəxli yoxdur - Vaezi

İran İslam Respublikası prezident administrasiyasının rəhbəri Mahmud Vaizi Sanksiyaların prezident seçkilərinə dəxli olmadığını bildirib

Rasthaber Azərbaycan İran mediasina istinadən xəbər verir ki, İran İslam Respublikası prezident administrasiyasının rəhbəri  Mahmud Vaizi bu gün dövlət heyətinin iclasından sonra müxbirlərə müsahibədə “Əhatəli Müştərək Təşəbbüs Proqramının taleyi  (ƏMTP) 1400.il (günəş ili) prezident seçkiləri ilə düyünlənmişdirmi? ” deyə İranpressin sualına cavabda deyib: ”Sanksiyaların prezident seçkilərinə dəxli yoxdur, çünki gələcək dövlət də indi iş başında olan və xalqa qulluğu öz vəzifəsi bilən  dövlətin davamıdır”.

”Hazırkı dövlət ölkəni sanksiyalardan azad şəkildə və genişmiqyaslı vaksinasiyadan sonra gələcək dövlətə təhvil verəcək”, - deyə Vaezi əlavə edib.

İran İslam Respublikası prezident administrasiyasının rəhbəri ABŞ-ın İrana qarşı sanksiyalarının əvəldən də zalımcasına olduğunu qeyd edərək hökümətin bu sanksiyaların ən qısa zamanda ləğvi sahəsində çalışdığını vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR