Bunu BMT Baş Assambleyasının 76-cı illik iclasında Video-konfrans formatında yayımlanan çıxışında Seyid İbrahim Rəisi deyib
Rasthaber Azərbaycan xəbər verir ki, BMT Baş Assambleyasının 76-cı illik iclasında Video-konfrans formatında yayımlanan çıxışında Seyid İbrahim Rəisi deyib: “İran xalqına qarşı sanksiyalar nüvə proqramı və hətta İslam İnqilabı ilə başlanmadı, sanksiyaların əsası 1951-ci ildə neft sənayesinin milliləşdirildiyi zaman qoyuldu və ABŞ ilə İngiltərə vasitəsilə ölkənin seçilmiş hökumətinə qarşı dövlət çevrilişinə gətirib çıxardı. Bütövlükdə sanksiya və koronavirus pandemiyası şəraitində dərman preparatlarını ixracını əngəlləmək bəşəriyyət əleyhinə cinayətdir. Mən İran xalqı adından qeyri-qanuni sanksiyaları pisləyir, onun bəşəriyyət əleyhinə mütəşəkkil cinayət və amerikan insan haqlarınn simvolu kimi xarakterizə olunmasını tələb edirəm.”
Seyid İbrahim Rəisi hazırda nüvə sazişini pozaraq İran xalqı ilə düşmənçiliyini şiddətləndirən və ona qarşı maksimum təzyiq siyasətini yürüdən Amerikanın öz çirkin planlarında fiaskoya uğradığına diqqət çəkərək, Ağ Evi maksimum zülm siyasətinə qapılmaqda ittiham edib.