Müstəqil Amerika senatoru Berni Sanders sionist rejimdə demokratiyanın təhlükədə olduğuna inandığını və Vaşinqtonun bu rejimə maliyyə yardımı vermə şərtlərini yenidən nəzərdən keçirməli olduğunun zəruriliyini vurğulayıb.
O deyib: "Mən İsrailin baş naziri Benyamin Netanyahu və onun hökumətdəki bəzi müttəfiqlərinin etdiklərindən və Fələstin xalqının başına nə gələ biləcək hadisələrdən çox narahatam”.
Qeyd edək ki, 1990-cı illərdən növbə ilə sionist rejimin baş naziri vəzifəsində çalışan və ya bu vəzifəni tərk edən Netanyahu 2022-ci ilin sonunda yenidən bu vəzifəyə təyin edilib.
O vaxtdan bəri onun mühafizəkar koalisiya hökuməti məhkəmə normalarını dəyişdirmək planına görə tənqid olunurdu, tənqidçilər bunun demokratik nəzarəti və tarazlığı pozduğuna inanırdılar.
Bir neçə gün əvvəl Amerikanın sionist rejimindəki səfiri Tom Nides, Benyamin Netanyahudan “ardınca getdiyi dəyişikliklərin əyləcini çəkməyi” xahiş edib.