Salman Rüşdiyə hücum edən Hadi Matar: “İranla heç bir əlaqəm yoxdur”

Salman Rüşdiyə hücum edən Hadi Matar: “İranla heç bir əlaqəm yoxdur”

İslam Peyğəmbəri(s.ə)-in müqəddəsliyinə hörmətsizlik edən Salman Rüşdiyə hücum etmiş Hadi Matar bu hücumu həyata keçirmək üçün İranla əlaqəsini təkzib edib.

Az.rasthaber.comxəbər verir ki, “New York Post” qəzetinin məlumatına görə, Hadi Matar cümə axşamı bu jurnala verdiyi müsahibədə İranla əlaqəsi ilə bağlı iddialara “Ayətullah Ruhullah Xomeyniyə hörmət edirəm, lakin onun fətvasından ilham aldığımı deyə bilmərəm” deyə cavab verib. 

Digər tərəfdən, ABŞ polisi də Matarın hücumda tamamilə fərdi hərəkət etdiyini bildirib.

Amerikanın Nyu-Cersi ştatının Feyrvyu şəhərinin sakini olan Hadi Matar ötən həftə Nyu-Yorkun qərbində bıçaqla Salman Rüşdini yaraladı. Bəzi məlumatlara görə, o, Rüşdiyə on-on beş bıçaq zərbəsi vurub.

Matar Şotakon bölgəsindəki zindanda həyata keçirilən bu müsahibədə “Salman Rüşdi diridir” iddiası ilə çıxış edən isbat olunmamış məlumatlara cavabda deyib: Eşidəndə ki, o, diridir, təəccüb etdim.

Hadi Matar bildirib: Mənim bu adamdan xoşum gəlmir. Mənə elə gəlir ki, yaxşı adam deyil. O, İslama, müsəlmanların əqidələrinə və onların etiqad sisteminə hücum etmiş bir kəsdir.

Hadi Matar Salman Rüşdiyə hücumunun tərzi barədə deyib ki, hücumdan bir gün öncə avtobusla Nyu-Cersidən Buffaloya gəlib və oradan da Şotakona gedibdir.

Cümə axşamı günü gecə çəmən üzərində yatdığını bildirən Hadi Matar qeyd edib ki, həmin müddət ərzində çöldə olubdur.

“Şeytan ayələri” kitabının nəşrinə zəmin yaratmış İngiltərə hökuməti iri xərclər çəkməklə Rüşdinin həyatının qorunmasının məsuliyyətini üzərinə götürübdür.

Xəbəri paylaş

VİDEOLAR