“Qırğızıstanın strateji nəqliyyat infrastrukturunun qonşu dövlətlərin ərazisindən keçməsi, qonşu ölkələrlə dövlət sərhədinin bəzi hissələri üzrə tamamilə razılaşdırılması istiqamətində danışıqlarda yaranan çətinliklər respublikanın ərazi bütövlüyünə birbaşa təhlükədir”.
Az.rasthaber.com "Report"-a istinadən xəbər verir ki, bunu Qırğız Respublikasının Prezidenti Sadır Japarov dekabrın 25-də hökumətin toplantısında bildirib.
Onun sözlərinə görə, bu məsələ 2021-ci ilin aprelində Batkendə çoxsaylı insan itkisi ilə nəticələnən faciənin baş verməsinə səbəb olub.