Sabiq Fransa prezidenti Sarkozinin ermənilərlə cinayət əlaqəsi ifşa olundu

Sabiq Fransa prezidenti Sarkozinin ermənilərlə cinayət əlaqəsi ifşa olundu

Fransanın Milli Maliyyə prokurorluğu ölkənin sabiq prezidenti Nikola Sarkoziyə qarşı ilkin istintaq başlayıb.

Az.rasthaber.com RBC-ya istinadla xəbər verir ki, sabiq ölkə başçısı “nüfuz alverində” şübhəli bilinir.

Belə ki, 2019-cu ildə Sarkozi milliyyətcə erməni Sergey və Nikolay Sarkisov qardaşlarına məxsus Rusiyanın  sığorta şirkəti ilə konsultativ xidmətlərin göstərilməsinə dair müqavilə imzalayıb. Sazişin ümumi dəyəri 3 milyon avro təşkil edir. 2020-ci ilin əvvəlində Sarkozinin hesabına ilk 500 min avro köçürülüb.

Fransa KİV-ində yayılan məlumatlarda bildirilir ki, hüquq keşikçiləri sabiq prezidentin həqiqətən də yalnız məsləhətçi qismində çıxış etməsinə və ya Rusiya oliqarxlarına Fransada potensial cinayətkar lobbi xidmətlərinin göstərməsinə aydınlıq gətirməlidirlər.

Artıq Sarkisovlar həqiqətən də Sarkozi ilə müqavilənin mövcudluğunu təsdiqləyiblər. Sarkozinin mətbuat katibi isə baş verənləri şərh etməkdən boyun qaçırıb.

Xatırladaq ki, 2020-ci ilin dekabrında Paris prokurorluğu Nikola Sarkozini 4 il həbs cəzasına məhkum olunması tələbi ilə çıxış edib. O, korrupsiyada və nüfuz alverində ittiham olunur.

Qeyd edək ki, Sarkozi 2007-2012-ci illərdə Fransanın prezidenti olub.

Xəbəri paylaş

VİDEOLAR