ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq rəisi John Brennan, İran nüvə proqramının memarı Möhsin Fəxrizadənin öldürülməsini "böyük bir cinayət, ehtiyatsızlıq və beynəlxalq hüquqa zidd addım" olaraq adlandırıb.
Rasthaber Azərbaycan xəbər verir ki, ABŞ-ın eks prezidenti Barak Obama dövründə MKİ direktoru vəzifəsində çalışmış John Brennan, İranın nüvə alimi Möhsin Fəxrizadənin öldürülməsi ilə bağlı açıqlamalar verib.
Sui-qəsdi "böyük bir cinayət, ehtiyatsızlıq və beynəlxalq hüquqa zidd" olaraq şərh edərək Twitter hesabında paylaşan Brennan, hadisənin ölümcül qisas və yeni bir regional qarşıdurma riski yaratdığını bildirib.
Tehranın Joe Biden rəhbərliyini gözləməsinin lazım olduğunu ifadə edən Brennan, "İran rəhbərliyi qlobal miqyasda məsuliyyətli Amerika rəhbərliyinin dönməsini gözləyəcək və potensial cinayətkarlara qarşı hərəkət tövsiyələrinə müqavimət göstərəcək qədər fəzilətli olmalıdır.", -deyə qeyd edib.
Nüvə aliminin sui-qəsdində xarici bir ölkənin dəstəyi və ya birbaşa iştirakının olub olmadığını bilmədiyini qeyd edən Brennan, "Dövlətin dəstəklədiyi bu cür terrorizm açıq şəkildə beynəlxalq hüquqa ziddir və digər idarələri xarici məmurlara qarşı ölümcül hücumlar təşkil etməsinə təşviqdir", -deyə əlavə edib.