Sabiq AKP-li millət vəkilindən iddia: Süleyman Soylu istefa etdi

Sabiq AKP-li millət vəkilindən iddia: Süleyman Soylu istefa etdi

Rəsmi olaraq bu iddia təsdiq edilməyib

Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası - AKP-nin 23-cü dövründə deputat olmuş Fevzi İşbaşaran ölkənin daxili işlər nazirilə bağlı tviti ölkə gündəmini dəyişdirib.
Uzun müddətdir Türkiyə mafiya lideri Sedat Pekerin hədəfində olan DİN rəhbəri Süleyman Soylunun istefa etdiyini deyən İşbaşaran "Süleyman Soylu istefa verib (bağışlanmasını istəyib). Ərdoğan Bahçeliyə bu posta namizəd iki şəxs təklif edib.", deyə tvitterində yazıb.
Qeyd edək ki, bu iddia təsdiq edilməyib, əksinə Türkiyə DİN tvitter səhifəsində Soylunun keçirdiyi iclas paylaşılıb.

Xəbəri paylaş

VİDEOLAR