Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Noyabrın 20-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gündüz yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var.

Az.rasthaber.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məumata görə, sabah şimal-şərq küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Noyabrın 20-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-6, gündüz 7-10, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 20-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbəri paylaş

VİDEOLAR