Sabah, iyulun 19-da azərbaycanlı zəvvarların bir qismi Həccdən qayıdacaq.
Az.rasthaber.com xəbər verir ki, bu barədə iyulun 18-də QMİ-nin şöbə müdiri ""a məlumat verib.
QMİ rəsmisi Vüsal Cahangirinin sözlərinə görə, ziyarətçilər iyulun 19-u və 20-si, hər gün iki reys olmaqla Azərbaycana qayıdacaqlar. İlk reys sabah Bakı vaxtı ilə 09:30-da Mədinə Beynəlxalq Hava Limanından yola düşəcək və 12:50-də Heydər Əliyev Beynəlxalq Hava Limanına çatacaq. İkinci reys isə Bakı vaxtı ilə 19:30-da yola düşəcək və 22:50-də çatacaq.
Məlumata əsasən, iyulun 19-da baş tutacaq hər reysdə 180 olmaqla ümumilikdə 360 zəvvar olacaq. İyulun 20-də ilk reysdə 180, ikinci reysdə isə 130 nəfər geri dönəcək.
Vüsal Cahangiri onu da bildirib ki, bu gün zəvvarlar Mədinədə Peyğəmbərin (s) məzarını ziyarət edirlər.
Bu il Azərbaycandan Həcc ziyarətinə 680 nəfər zəvvar yola düşüb. Ziyarət qiyməti adambaşına 9 106 manat təşkil edib.